Mikayıl Cabbarovun qəbul gününün vaxtı dəyişdirilib

Mikayıl Cabbarovun qəbul gününün vaxtı dəyişdirilib Qəbulda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinləri iştirak edəcək
Elm və təhsil
21 Avqust , 2015 17:16
Mikayıl Cabbarovun qəbul gününün vaxtı dəyişdirilib

Bakı. 21 avqust. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarovun avqustun 24-də Sumqayıt şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Mikayıl Cabbarov sakinləri avqustun 27-də saat 10:00-da Sumqayıt şəhərindəki Tarix Muzeyində qəbul edəcək.

Qeyd edək ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinləri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi