Mikayıl Cabbarov: "Təhsil Problemləri İnstitutunun yeni inkişaf modeli üzərində iş gedir"

Mikayıl Cabbarov: "Təhsil Problemləri İnstitutunun yeni inkişaf modeli üzərində iş gedir" İnstitutun üzərinə yeni vəzifələr düşür
Elm və təhsil
5 May , 2016 12:09
Mikayıl Cabbarov: Təhsil Problemləri İnstitutunun yeni inkişaf modeli üzərində iş gedir

Bakı. 5 may. REPORT.AZ/ "Müəllimlərin peşə keyfiyyətlərinin artırılmasında, zəruri inkişafyönümlü metodikalar və təlim texnologiyalarını çatdırmağa imkan verən mexanizmlər tətbiq olunmağa başlanıb. Bu məqsədlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitunun bazasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu qurum modul kredit sisteminə əsaslanaraq bütün kateqoriyadan olan təhsil işçilərinin peşəkar inkişafı ilə əlaqədar olan siyasətin müəyyənləşdirilməsi, təlimlərin təşkili və koordinasiya ilə məşğul olacaq: "Bununla yanaşı, hazırda təhsilin əsas trendlərini öyrənmək, təhlil etmək və tətbiqi imkanlarını müəyyən etmək yeni düşüncə və idarəetmə keyfiyyətlərini tələb edir. Bu fəaliyyəti günün tələbləri səviyyəsində reallaşdıra biləcək təsisatın Təhsil Problemləri İnstitutunun üzərinə yeni vəzifələr düşür. Bunun üçün hazırda bu qurumun yeni inkişaf modeli üzərində iş gedir".

O, həmçinin əlavə edib ki, təhsil sistemində tətbiq edilən yeniliklərdən biri də pilot olaraq seçilmiş 58 məktəbdə 176 təmayül sinfinin açılmasıdır: "Həmin məktəblərdə ixtisas seçmiş şagirdlərə qeyri-profil fənlərin dərs saatlarının azalması hesabına seçdikləri istiqamət üzrə daha dərin biliklər verilir. Bu islahatın məqsədi ümumitəhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqaməti üzrə daha keyfiyyətli konpitensiyalara yiyələnmək imkanı yaratmaqdır. Bununla əlaqədar tədris resurslarının hazırlanması və təmayüllər üzrə təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıda duran vəzifələrdəndir".

"Məktəbəqədər hazırlıq pilləsinin 2016-2017-ci ildən dövlət büdcəsindən maliyyələşməsi və hamı üçün əlçatan olması istiqamətində işlər davam etdirilir", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi