Mikayıl Cabbarov məzunları "Son zəng" münasibətilə təbrik edib

Mikayıl Cabbarov məzunları "Son zəng" münasibətilə təbrik edib "Hər bir ölkənin xoşbəxt gələcəyi onun vətəndaşlarından fərdi məsuliyyət və təəssübkeşlik tələb edir"
Elm və təhsil
29 May , 2015 16:29
Mikayıl Cabbarov məzunları Son zəng münasibətilə təbrik edib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Son zəng" münasibəti ilə məzunları təbrik edib. "Report"un xəbərinə görə, nazir təbrik mətnində bildirib ki, hər bir ölkənin xoşbəxt gələcəyi onun vətəndaşlarının intellektual potensialına və bacarığına bağlı olması ilə bərabər, müasir çağırışlar şəraitində onlardan fərdi məsuliyyət və təəssübkeşlik tələb edir: Bu baxımdan siz tükənməz gənclik enerjinizlə fəal vətəndaş nümunəsinə çevrilməlisiniz.

Bu gün qarşımızda duran mühüm vəzifələrdən ən önəmlisi vətəndaşlıq mövqeyindən çıxış edərək, müstəqil dövlətçiliyimizin daha da qüdrətlənməsi naminə yorulmadan çalışmaqdır. Sizin məzun olmağınızla əlamətdar olan bu il bütün Azərbaycan üçün mühüm hadisələrlə yadda qalacaq. Cəmi iki həftədən sonra ölkəmizdə I Avropa Oyunlarına start veriləcək. Bu möhtəşəm tədbirdə hər birimizdən yüksək vətəndaşlıq mövqeyi tələb olunur".

Nazir bildirib ki, indi məzunların qarşısında duran əsas məsələlərdən biri gələcək həyatları ilə bağlı olacağı peşəni müəyyənləşdirməkdir: "Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. İstəyə və məhəbbətə əsaslanan seçim insana uğur qazandırır, öz sənətinin əsl peşəkarına çevirir.

Əziz məzunlar! Sizi "Son zəng" münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!"

Son xəbərlər

Orphus sistemi