Mikayıl Cabbarov Oğuzda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Oğuzda vətəndaşları qəbul edib Müraciətlərin əksər hissəsi müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi olub
Elm və təhsil
31 İyul , 2015 17:42
Mikayıl Cabbarov Oğuzda vətəndaşları qəbul edib

Bakı. 31 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov bu gün Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 45 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi