Mikayıl Cabbarov Naftalanda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Naftalanda vətəndaşları qəbul edib Qəbulda vətəndaşların müraciəti dinlənilib
Elm və təhsil
29 Avqust , 2016 15:14
Mikayıl Cabbarov Naftalanda vətəndaşları qəbul edib

Bakı. 29 avqust. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon, Naftalan və Gəncə şəhər sakinlərini qəbul edib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi