Mikayıl Cabbarov Masallıda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Masallıda vətəndaşları qəbul edib Əksər məsələlər yerindəcə həllini tapıb
Elm və təhsil
10 Mart , 2015 19:31
Mikayıl Cabbarov Masallıda vətəndaşları qəbul edib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi