Mikayıl Cabbarov: "Bakıda keçiriləcək olimpiadada Ermənistanın iştirak etməsinə dair mür­aciət daxil olmayıb"

Mikayıl Cabbarov: "Bakıda keçiriləcək olimpiadada Ermənistanın iştirak etməsinə dair mür­aciət daxil olmayıb" "Bu barədə Təhsil Nazirliyində məlumat yoxdur"
Elm və təhsil
5 May , 2015 12:54
Mikayıl Cabbarov: Bakıda keçiriləcək olimpiadada Ermənistanın iştirak etməsinə dair mür­aciət daxil olmayıb

Bakı. 5 may. REPORT.AZ/ Təhsil nazi­ri Mikayıl Cabbarov iyulda Bakıda keçiriləcək Beynəlxalq ­Kimya Olimpiadasında Ermənistan nümayənd­ə heyətinin iştirak edib-etməyəcəyinə aydınlıq gətirib. "Report" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Bakıda keçiriləcək olimpiada haqda verdiyi bəyanatla tanış deyil. 

M.Cabbarov bildirib ki, Tə­şkilat Komitəsindən Ermənistanın olimpiadada iştirak etməsinə dair müraciət daxil olmayıb: "Bu barədə Təhsil Nazirliyində məlumat yoxdur. Məlumat­ olan kimi ictimaiyyətə əlavə informasiya veriləcək". ­ 

Qeyd eədk ki, Ermənistanın təhsil naziri­ onlara təklif g­əldiyini və yalnız Azərbaycanın təhlükəsizliklərinə təminat verəcəyi halda Bakıda keçiriləcək Beynəlxalq ­Kimya Olimpiadasında iştirak edəcəklərini deyib.

Son xəbərlər

Orphus sistemi