Mikayıl Cabbarov: "2025-ci ildə bugünkü ixtisasların 80 faizə yaxını mövcud olmayacaq"

Mikayıl Cabbarov: "2025-ci ildə bugünkü ixtisasların 80 faizə yaxını mövcud olmayacaq" "Hətta indi də bir çox ixtisasların ləğv olunduğunu görürük"
Elm və təhsil
20 Aprel , 2016 16:12
Mikayıl Cabbarov: 2025-ci ildə bugünkü ixtisasların 80 faizə yaxını mövcud olmayacaq

Bakı. 20 aprel. REPORT.AZ/ "Proqnozlara əsasən, əmək bazarına çıxan bugünkü ixtisasların 80 faizə yaxını 2025-ci ildə mövcud olmayacaq". "Report"u məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazir qeyd edib ki, avtomatlaşdırıla bilən bütün ixtisasların azalması dünya iqtisadiyyatında gedən trenddir: "Yüksək texnoloji inkişaf və sürətli dəyişikliklər dövründə yaşadığımız vaxtda biz bir çox ixtisasların hətta ləğv olunmasını görürük. Əminəm ki, xarici biznes səfərlərə gedərkən səyahət agentliklərinin xidmətlərindən daha az istifadə edirsiniz. Çünki bütün bu kimi xidmətlər artıq elektronlaşıb və hər hansı vasitəçilərə ehtiyac qalmır.

Burada sual olunur ki, əmək bazarına çıxan məzunun rəqabətli olması üçün təhsil sistemi hansı bacarıqları, peşələri öyrətməlidir? Ozünün uğurlu karyerasını, iqtisadi firavanlığını təmin edə bilsin? Biz öz təhsil sistemimizdə bu suala iki cavab formalaşdırırıq. Birincisi, çeviklik. Çünki çox güman ki, əmək bazarına çıxan insanların tam əksəriyyəti öz fəal karyerası dövründə 7-8 iş yeri yox, fəaliyyət növləri ilə məşğul olacaq. Ona görə də çeviklik təhsil sistemində vermək istədiyimiz keyfiyyətdir. İkincisi, ömür boyu yeni bilik və kompetensiyalar öyrənmək və öyrətməkdir. Bunu hərfi mənada başa düşməyin. Bu, o demək deyil ki, ali məktəbi bitirən həkim və ya hüquqşünas öz sahəsi üzrə mütəxəssis olmamalıdır və öz diplomunu təsdiq etdirməməlidir. Bu, sadəcə olaraq, o deməkdir ki, daha geniş və açıq çağırışlarda biliklərin ömür boyu tətbiqi yuxarıda qeyd edilən iki amilin mövcudluğundan asılıdır".

Son xəbərlər

Orphus sistemi