Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası istifadəyə verilib.
AMEA-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, ilk olaraq oxucular qeydiyyatdan keçib, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar.
Müasir avadanlıqlarla tam təchiz olunan oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər.