​Məleykə Abbaszadə: "İngilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulub"

​Məleykə Abbaszadə: "İngilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulub" Direktorlar Şurasının sədri Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərlə görüşüb
Elm və təhsil
29 İyul , 2016 15:32
​Məleykə Abbaszadə: İngilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulub

Bakı. 29 iyul. REPORT.AZ/ Qarşıdakı tədris ilindən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək ingilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərlə görüşündə deyib.

M.Abbaszadə bildirib ki, artıq 4 ildir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparılır: "İndiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb, lakin qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə də markerlərin hazırlanması nəzərdə tutulur".

Görüşdə, həmçinin hər bir fənn üzrə magistrlarla yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi