Məleykə Abbaszadə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək Görüşdə Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər
Elm və təhsil
24 Noyabr , 2015 16:42
Məleykə Abbaszadə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul dekabrın 4-də Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Görüşdə Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 19. İnzibati bina. Tel: (021 21) 5-15-23) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Hacıqabul, Saatlı, Sabirabad, Salyan və Neftçala rayon təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi