Məleykə Abbaszadə Balakəndə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Balakəndə vətəndaşları qəbul edəcək Qəbulda Balakən, Şəki, Zaqatala, Qax, Oğuz rayon sakinləri iştirak edə bilərlər
Elm və təhsil
8 İyun , 2016 10:15
Məleykə Abbaszadə Balakəndə vətəndaşları qəbul edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakən rayonunda vətəndaşları qəbul edəcək.

Mərkəzdən “Report”a verilən xəbərə görə, qəbulda Balakən, Şəki, Zaqatala, Qax, Oğuz rayon sakinləri iştirak edə bilərlər.

Qəbul iyunun 17-də saat 12:00-da Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən ”Qubek” hotelin akt zalında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət edə bilərlər.

Bundan əlavə, Balakən, Zaqatala, Qax, Oğuz rayon Təhsil Şöbələrində iyunun 10-da (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi