Bakıda məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır

Bakıda məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır Uşaqlara məktəbə­hazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd - sertifikat veriləcək
Elm və təhsil
19 Oktyabr , 2015 11:24
Bakıda məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır

Bakı. 19 oktyabr. REPORT.AZ/ Məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə ­100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57,­ 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35,­ 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201­, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 3­21, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, ­96, 108, 112, 128, 142, 148, 155,187, 18­8, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89­, 101, 104, 114, 140, 141, 146, 226, 232­, 270, 275, 279, 281, 282, 285, 290, 316­, 317, 318, 327, Xətai rayonu üzrə 17, 2­4, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165,­ 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 1­23, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək. Bu barədə "Report"a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəbəhazırlıq qrupları noyabrın 2-dən mayın 31-dək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, 2016-cı il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbə­hazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd - sertifikat veriləcək.

Son xəbərlər

Orphus sistemi