Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır Magistraturaya sınaq imtahanına yazılış fevralın 20-dən başlayıb
Elm və təhsil
22 Fevral , 2016 10:59
Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır

Bakı. 22 fevral. REPORT.AZ/ Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır. "Report"un məlumatına görə, arzu edənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə bilərlər.

Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

Xatırladaq ki, magistraturaya sınaq imtahanına yazılış fevralın 20-dən başlayıb.

Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarında iştirak etmək istəyən 24 109 nəfər "Elektron ərizə" formasını təsdiq edib. Onlardan 21 817 nəfəri Azərbaycan, 2 292 nəfər isə rus bölməsinin bakalavrıdır.

Son xəbərlər

Orphus sistemi