Magistraturanın boş qalan yerlərinə 600-ə yaxın bakalavr qəbul olub

Magistraturanın boş qalan yerlərinə 600-ə yaxın bakalavr qəbul olub TQDK həmin şəxslərə xəbərdarlıq edib
Elm və təhsil
5 Avqust , 2015 16:25
Magistraturanın boş qalan yerlərinə 600-ə yaxın bakalavr qəbul olub

Bakı. 5 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin magistratura pilləsinə boş qalan plan yerlərinə müsabiqənin nəticələri məlum olub. "Report" xəbər verir ki, nəticələrə əsasən, magistraturanın boş qalan 2 099 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1 013 bakalavr müraciət edib.

Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistratura pilləsinə boş qalan plan yerlərinə qəbul olanlar avqustun 14-dən 21-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi