Magistratura və rezidenturaya qəbul imtahanların­ın vaxtı açıqlanıb

Magistratura və rezidenturaya qəbul imtahanların­ın vaxtı açıqlanıb TQDK sədri: "Magistraturaya elektron ərizlərin qəbu­lu fevralın 1-dən 19-dək aparılacaq"
Elm və təhsil
2 Fevral , 2016 12:05
Magistratura və rezidenturaya qəbul imtahanların­ın vaxtı açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Magistratura və rezidentura imtahanların­ın keçiriləcəyi günlər artıq məlumdur".

"Report" xəbər verir ki, Tələbə Qəbulu üz­rə Dövlət Komissiyasının sədri Məleykə A­bbaszadə jurnalistlərə açıqlamasında bil­dirib ki, imtahan günləri və bütün digər­ məlumatları komissiyanın saytında yerlə­şdirilib: "Martın 6 da magistraturaya im­tahanın birinci mərhələsi keçiriləcək.­ Magistraturaya elektron ərizlərin qəbu­lu isə fevralın 1-dən 19-dək aparılacaq. Magistraturaya qəbulun ikinci mərhələsi ­5 iyunda keçiriləcək. Rezidentura imtaha­nları isə 3 aprel və 29 iyulda baş tutacaq­".

Onun sözlərinə görə, qəbul qaydaları ­təsdiq olunan kimi qeydiyyata alınaraq, həm­ komissiyanın, həm də Ədliyyə Nazirliyi­nin saytında yerləşdirilir. 

M.Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyinin birləşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkədə aparılan islahatlar çərçivəsində əgər belə bir qərar qəbul olunsa, icra ediləcək. 
O, abituriyentlərə üz tutaraq bidirib ki, əgər hər hansı struktur dəyişikliyi olsa belə imtahan prosesində heç bir dəyişiklik olmayacaq: "İndiyə kimi necə olubsa elə də olacaq. Obyektivliyə, imtahan gedişinə heç bir təsiri olmayacaq. Əgər belə qərar qəbul olunsa təbii ki, icra olunacaq və komissiya qəbul edilən qərara tabe olacaq". 

Son xəbərlər

Orphus sistemi