Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib Növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır
Elm və təhsil
18 May , 2015 13:33
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, imtahanda 2015-2016-cı tədris ilində təhsillərini Kimya-biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-ə yaxın məktəbli iştirak edib.

Şagirdlərə Ana dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə suallar təqdim olunub. Valideynlərə imtahanın gedişini müşahidə etmək imkanı yaradılıb. Eyni zamanda, onlara imtahan prosesi barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, imtahanların keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir. Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi