Lənkəranda Botanika bağının yaradılması nəzərdə tutulur

Lənkəranda Botanika bağının yaradılması nəzərdə tutulur Gürcüstan və Türkiyənin bir neçə elmi tədqiqat institutları ilə araşdırmaların aparılmasına dair niyyət protokolu imzalanacaq
Elm və təhsil
17 Fevral , 2016 19:30
Lənkəranda Botanika bağının yaradılması nəzərdə tutulur

Bakı. 17 fevral. REPORT.AZ/ "AMEA-nın müvafiq institutları ilə bölgədə herantoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Bundan əlavə, Lənkəranda Botanika bağının yaradılması, Lənkəran subtropik bölgəsində subtropik bitkiçilik, bəzək bağçılığı, gülçülük ixtisasları üzrə ali təhsilli mütəxəssis-texnoloqların hazırlanması da vacib məsələlərdən biridir". "Report"un məlumatına görə, bunu AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev akademiyanın Rəyasət Heyətinin iclasında deyib.

Mərkəzin direktoru eyni zamanda Gürcüstan və Türkiyənin bir neçə elmi tədqiqat institutları ilə araşdırmaların aparılmasına dair niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğunu vurğulayıb.

O qeyd edib ki, mərkəzin gələcək fəaliyyəti dövründə respublikanın, xüsusilə bölgənin elmi tədqiqat müəssisələri ilə aparılacaq birgə tədqiqatlara dair əməkdaşlıq müqavilələri hazırlanıb.

Son xəbərlər

Orphus sistemi