Kubanın Azərbaycandakı səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Kubanın Azərbaycandakı səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub Səfirə institutun fəaliyyəti ilə bağlı məlumat verilib
Elm və təhsil
8 Aprel , 2015 19:56
Kubanın Azərbaycandakı səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Bakı. 8 aprel. REPORT.AZ/ Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kintero AMEA-nın Şərqşünaslıq İnstitutunda olub.

"Report"un AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, səfir ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrdən söz açılıb, səfirə bu elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Daha sonra səfir institutun kollektivi ilə görüşüb. O, ölkəsinin tarixi və mövcud vəziyyətindən bəhs edib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Kubanın müsəlman əhalisindən də söhbət açan səfir ölkəsində Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscidin inşa olunacağını bildirib.

Sonda Omar Senon Medina Kintero şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi