Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin layihələri dəstəklənəcək

Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin layihələri dəstəklənəcək Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında ikitərəfli əməkdaşlıqla bağlı iclas keçirilib
Elm və təhsil
19 May , 2015 16:00
Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin layihələri dəstəklənəcək

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) təmsilçiləri ilə ikitərəfli birgə iclas keçirilib. 

Fondun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, iclasda EİF və TÜBİTAK UZAY haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün kosmos tədqiqatları sahəsində kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir. Bu məqsədlə artıq EİF-in "Mobillik qrantı" hesabına bir gənc mütəxəssis bu ilin əvvəlində TÜBİTAK UZAY-da 1 aylıq təcrübə keçib. Bu ənənənin gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Digər məsələ isə kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilməsi olub. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.

Mayın 20-də isə "AzərKosmos" ASC-də Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY daxil olmaqla üçtərəfli iclas keçiriləcək.

Yaxın günlərdə Elmin İnkişafı Fondu ilə TÜBİTAK arasında elm və texnologiya sahəsində əməkdaşlıq üzrə Beynəlxalq Saziş imzalanacaq.

Son xəbərlər

Orphus sistemi