Kolleclərə qeydiyyat başa çatır, 1312 abituriyent hələ qeydiyyatdan keçməyib

Kolleclərə qeydiyyat başa çatır, 1312 abituriyent hələ qeydiyyatdan keçməyib Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək
Elm və təhsil
30 Avqust , 2016 11:19
Kolleclərə qeydiyyat başa çatır, 1312 abituriyent hələ qeydiyyatdan keçməyib

Bakı. 30 avqust. REPORT.AZ/ Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a bildirilib ki, bu gün saat 11:00-a olan statistikaya əsasən, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6 838 abituriyentdən 5526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent qeydiyyatdan keçməyib.

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi