“Kitabi-Dədə Qorqud” dastanının 2015-ci ildə təbliğatı üzrə fəaliyyət proqramı müəyyənləşdirilib

“Kitabi-Dədə Qorqud” dastanının 2015-ci ildə təbliğatı üzrə fəaliyyət proqramı müəyyənləşdirilib Fəaliyyət proqramına uyğun olaraq dastanla bağlı xarici ölkələrdə bir sıra tədbirlər keçiriləcək
Elm və təhsil
5 Fevral , 2015 15:22
“Kitabi-Dədə Qorqud” dastanının 2015-ci ildə təbliğatı üzrə fəaliyyət proqramı müəyyənləşdirilib

Bakı. 5 fevral. REPORT.AZ/ ""Kitabi-Dədə Qorqud" - Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu" çərçivəsində 2015-ci il üzrə görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.

Mərkəzdən bildirilib ki, Bakı Slavyan Universitetində keçirilən kollokvium iştirakçılarının təklifləri nəzərə alınmaqla “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret fəaliyyət proqramı müəyyənləşdirilib. Fəaliyyət proqramına uyğun olaraq dastanla bağlı müxtəlif qurumlarda və elmi müəssisələrdə, xarici ölkələrdə bir sıra tədbirlər keçiriləcək.

Qeyd edək ki, Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və BSU-nun birgə təşkilatçılığı ilə keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” ikigünlük beynəlxalq kollokviumda müxtəlif ölkələrdən məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak ediblər.

Həmçinin tədbir çərçivəsində Türkiyənin Yunus Əmrə İnstitutu ilə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokolu Türkiyənin Yunus Əmrə İnstitutunun rəhbəri, professor Hayati Develi, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, BBMM-nin icraçı direktoru Azad Məmmədov və BSU-nun rektoru, professor Asif Hacıyev imzalayıblar. Sənəddə gələcəkdə birgə elmi, mədəni sahələrdə müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi