Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək
Elm və təhsil
5 Oktyabr , 2016 14:40
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ 2016-cı il üçün kimya üzrə Nobel mükafatına "molekulyar maşınlar"ın sintezi işinə görə Jan-Pyer Savaj, Frezer Stoddart və Bernard Ferinqa layiq görülüblər.

"Report" xəbər verir ki, bu barədə mükafatların verilməsi üzrə məsuliyyət daşıyan İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.

Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.

Bu il Nobel mükafatının hər biri 8 milyon İsveç kronu (932 min dollar) məbləğində olacaq.

Son xəbərlər

Orphus sistemi