Kiçik çillə başlayıb

Kiçik çillə başlayıb "Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur"
Elm və təhsil
1 Fevral , 2016 09:46
Kiçik çillə başlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Xalq inancına görə, ötən gecədən etibarən Böyük çillə başa çatır və Kiçik çillə dövrü başlayır.

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli "Report"a bildirib ki, qədim türklər qış fəslini üç yerə bölürdülər: "Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir. Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə təxminən fevral ayının 1-2-si bitir. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayacaq. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır".

O qeyd edib ki, "Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir: "O gecənin daxil olması da məhz məşəqqətlərin daxil olması ilə başlayır. İnsanlar çilləyə qarşı öz müqavimətlərini hazırlayırlar".

Son xəbərlər

Orphus sistemi