Kamal Abdullayev Los-Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb

Kamal Abdullayev Los-Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaçlıq perspektivləri müzakirə edilib
Elm və təhsil
28 Sentyabr , 2016 20:42
Kamal Abdullayev Los-Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunun çox böyük mənəvi anlam daşıdığını bildirib: “Bu gün biz Avropada multikulturalizmin iflasa uğradığının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksi ilə qarşılaşırıq. Multikulturalizm Azərbaycana xalqına əsrlərlə xas olan bir dəyərdir".

Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes dünyada gərginliyin və münaqişələrin davam etdiyi bir vaxtda multikulturalizm siyasətinin önə çəkilməsinin, Azərbaycan multikulturalizmi fənninin Avropa və Asiya universitetlərində tədrisinin çox diqqətəlayiq olduğunu bildirib.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaçlıq perspektivləri müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi