TQDK: XI sinif şagirdlərinin 21 faizi Ana dili fənnindən "2" qiyməti alıb

TQDK: XI sinif şagirdlərinin 21 faizi Ana dili fənnindən "2" qiyməti alıb Komissiya iyunun 6-da keçirdiyi buraxılış imtahanının (IX və XI siniflər üçün) statistikasını açıqlayıb
Elm və təhsil
8 İyun , 2015 17:16
TQDK: XI sinif şagirdlərinin 21 faizi Ana dili fənnindən 2 qiyməti alıb

Bakı. 8 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirdiyi buraxılış imtahanının (IX və XI siniflər üçün) statistikasını açıqlayıb. 

TQDK-dan "Report"a bildirilib ki, IX sinif üzrə buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib.

Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilən mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanda iştirakı nəzərdə tutulan 29 382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28 970 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

IX sinif şagirdlərinin Ana dili fənnindən 21,65 faizi "2", 44,96 faizi "3", Riyaziyyat fənnindən 26,74 faizi "2", 39,61 faizi isə "3" qiyməti alıb.

XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili, Riyaziyyat və Xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilən mövzu üzrə yazı işi yerinə yetirmək təklif olunub.

İmtahanda iştirakı nəzərdə tutulan 24 774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24 393 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, Xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

XI sinif şagirdlərinin Ana dili fənnindən 20,92 faizi "2", 36,60 faizi "3", Riyaziyyat fənnindən 22,03 faizi "2", 35,13 faizi "3", xarici dildən 19,45 faizi "2", 43,41 faizi "3", xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün Kimya fənnindən isə 22,49 faiz "2", 59,44 faiz isə "3" qiyməti alıb.

Qeyd edək ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

Son xəbərlər

Orphus sistemi