​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib

​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
10 Dekabr , 2015 10:12
​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.

Son xəbərlər

Orphus sistemi