​III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb - FOTO

​III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb - FOTO Kamal Abdullayev: "İrəlidə başqa layihələr həyata keçiriləcək"
Elm və təhsil
28 İyul , 2016 05:29
​III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 18-dən 27-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm yay məktəbi başa çatıb.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yay məktəbinin iştirakçıları Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi unikal multietnik bölgələrində olublar. III Beynəlxalq multikulturalizm məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.

Layihənin sonunda Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunu təqdim ediblər.

III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, irəlidə başqa layihələr həyata keçiriləcək.

AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli III Beynəlxalq multikulturalizm məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib.

Sonda BBMM-in və Bilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III beynəlxalq multikulturalizm məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi