İyunun 11-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb

İyunun 11-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayır
Elm və təhsil
9 İyun , 2015 14:07
İyunun 11-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb

Bakı. 9 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayır. Şagirdlər imtahana mütləq buraxılış vərəqəsinin və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə gəlməlidirlər. 

Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 25 192 (Naxçıvanda 1019, Qobustanda 430, Ağcabədidə 1727, Ağdamda 951, Zərdabda 587, Bərdədə 2103, Tərtərdə 852, Göyçayda 1230, Ucarda 854, Kürdəmirdə 1250, Ağdaşda 1236, Yevlaxda 1274, Ağsuda 807, İsmayıllıda 964, Şamaxıda 933, Qubada 1911, Şabranda 666, Qusarda 1126, Xaçmazda 1947, Xızıda 144, Siyəzəndə 492, Kəngərlidə 259, Babəkdə 600, Ordubadda 396, Sədərəkdə 111, Culfada 414, Şərurda 764 və Şahbuzda 145) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi yaradılıb. Həmin gün 20 855 (Naxçıvanda 909, Qobustanda 365, Ağcabədidə 1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə 734, Göyçayda 1027, Ucarda 707, Kürdəmirdə 981, Ağdaşda 948, Yevlaxda 1094, Ağsuda 548, İsmayıllıda 897, Şamaxıda 606, Qubada 1264, Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə 360, Kəngərlidə 260, Babəkdə 655, Ordubadda 376, Sədərəkdə 88, Culfada 402, Şərurda 664 və Şahbuzda 177) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb.   

Son xəbərlər

Orphus sistemi