İyulun 2-də V qrup və kolleclərə əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

İyulun 2-də V qrup və kolleclərə əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb 16 min 151 abituriyentdən 3 min 868 nəfəri imtahana gəlməyib
Elm və təhsil
3 İyul , 2015 18:43
İyulun 2-də V qrup və kolleclərə əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

Nəticələr bu gün saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 16 min 151 abituriyentdən 3 min 868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12 min 283 abituriyentdən 26 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12 min 257 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi