​İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşüb

​İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşüb Universitetdə həmçinin italyan dilində danışıq dərsləri keçirilir
Elm və təhsil
3 Mart , 2016 21:11
​İtaliyanın Azərbaycandakı səfiri ADU tələbələri ilə görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili Mərkəzində universitetin Fransız və italyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo ilə görüş keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, səfir belə görüşlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycandakı missiyası zamanı ən yaddaqalan xatirələri tələbələrlə bölüşüb. C.Kutilyo şəxsi müşahidəsinin nəticəsi olaraq, Azərbaycan və İtaliya arasındakı oxşar və fərqli cəhətlərdən də söz açıb.

Tələbələri maraqlandıran sualları cavablandıran səfir görüş iştirakçılarına dərin minnətdarlığını bildirib. O bu kimi görüşlərin daha tez-tez keçiriləcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin Fransız dili və italyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə mart ayının ilk ongünlüyünün müvafiq tarixlərində İtalyan dili müəllimi Marcella Wolf italyan dilinin tərcüməsi ixtisası üzrə təhsil alan tələbələrin şifahi ünsiyyət və nitq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə danışıq dərsləri keçirir. 

Son xəbərlər

Orphus sistemi