İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb

İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb Yeni mərkəz cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması ilə məşğul olacaq
Elm və təhsil
7 İyul , 2015 09:34
İqtisad Universitetində əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Əlilliyi olan Tələbələr üçün Mərkəz yaradılıb. Bu barədə "Report"a ADİU-dan məlumat verilib.

Universitetdən bildirilib ki, mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəz fiziki məhdudiyyətli insanların ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işləri həyata keçirəcək. Həmçinin eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi və cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması ilə məşğul olacaq.

Mərkəz "Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması" adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılıb və fəaliyyətini müxtəlif ianələr, proqramlar və layihələr də dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi