Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib.
Məlumata görə, universitetin Elmi Şurasının iclasında qəbul edilən qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.