İlk dəfə olaraq 5 misirli tələbə "ADA" Universitetində təhsil alacaq

İlk dəfə olaraq 5 misirli tələbə "ADA" Universitetində təhsil alacaq Bu yaxınlarda "ADA" Universiteti ilə Misirin bir neçə universiteti arasında müqavilə bağlanacaq
Elm və təhsil
2 İyul , 2015 14:29
İlk dəfə olaraq 5 misirli tələbə ADA Universitetində təhsil alacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Misirin Qahirə universitetinin mühəndislik fakültəsinin kimya mühəndisliyi kafedrasında təhsil alan və AMEA Neft-Kimya İnstitutuna təcrübəyə gələn tələbələr "ADA" Universitetində olublar. Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli tələbələrə "ADA" Universitetinin yaranma tarixindən, fəaliyyətindən söhbət açaraq tələbələri universitetin zəngin və müasir tələblərə cavab verən kitabxanası və universitet ilə tanış edib.

Universitetin prorektoru Fariz İsmayılzadə tələbələrlə görüş zamanı yaxın vaxtlarda "ADA" Universiteti ilə Misirin bir neçə universiteti arasında bağlanacaq müqavilə barədə və ilk dəfə olaraq 2015-2016-cı tədris ilində 5 misirli tələbənin "ADA" Universitetinin bakalavr və magistr pilləsində təhsil alacaqları barədə məlumat verib.

O, həmçinin "ADA" Universiteti ilə Misir səfirliyinin Mədəniyyət Mərkəzi arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi