​İlk dəfə Azərbaycan torpaqlarının CİS əsasında rəqəmsal verilənlər bazası yaradılıb

​İlk dəfə Azərbaycan torpaqlarının CİS əsasında rəqəmsal verilənlər bazası yaradılıb Bu ay "Yeni nəsil sekvensləri" işə salınacaq
Elm və təhsil
12 Fevral , 2015 11:37
​İlk dəfə Azərbaycan torpaqlarının CİS əsasında rəqəmsal verilənlər bazası yaradılıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Mərkəzi Asiya və Cənubi Qafqaz mənşəli mərcimək kolleksiyasından yüksək məhsuldarlıq və davamlılıq göstəricilərinə malik 22 genotip aşkar edilərək, qiymətli başlanğıc forma kimi seleksiya proqramlarında istifadə üçün təklif edilib". "Report"un xəbərinə görə, bunu AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov ən müasir metodlarla aparılan tədqiqatlar barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, molekulyar tədqiqatlarda 900-dən çox bitki nümunəsindən nüvə DNT-si ayrılıb, keyfiyyəti və kəmiyyəti yoxlanılaraq İSSR və RAPD markerləri ilə onların genetik identifikasiyası həyata keçirilib: "İlk dəfə olaraq, İnstitutda molekulyar markerlərdən istifadə etməklə Jasmin mərcimək sortuna rəqəmsal genetik kod verilib. İnstitutda, həmçinin bioinformatik analizlərə başlanılıb, yeni EST-SSR praymer cütləri dizayn edilib. Eyni zamanda respublikada genetik modifikasiya olunan bitkilərin identifikasiyası üzrə ekspedisiyalar keçirilib. Onların identifikasiyası üzrə metodika təkmilləşdirilib və onun qadağan olunması haqqında buklet hazırlanıb".

Akademik onu da əlavə edib ki, Azərbaycanda ilk dəfə olaraq Prezident yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində "Yeni nəsil sekvensləri" alınaraq quraşdırılıb, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasına qədər bütün mərhələlər üzrə təlimat hazırlanıb. Bu ay sekvenserin işə salınması həyata keçiriləcək.

Q. Məmmədov deyib ki, Elmi Tədqiqat Əkinçilik İnstitutunda yaradılan 8 yeni bitki sortu rayonlaşdırılıb, 7 sort rayonlaşmaya təqdim edilib: "İnstitutda, həmçinin ilk dəfə olaraq yumşaq buğda sortlarında yüksək keyfiyyət göstəricilərinin markerləri olan qliadin komponentlər blokları aşkar edilib. Aerokosmik materiallar əsasında Mil düzü torpaqlarının 1: 10 0000 miqyasında elektron torpaq xəritəsi, Beyləqan rayonu, Türklər kəndi ərazi vahidi timsalında GİS xəritəsi hazırlanıb. Bundan başqa, ilk dəfə olaraq Avropa İttifaqı torpaq-coğrafi informasiya sistemi formatında, Azərbaycan torpaqlarının CİS əsasında rəqəmsal verilənlər bazası yaradılıb və tədqiqat nəticələri Aİ-nin Torpaq Verilənləri Bazasına daxil edilib".

Bölmə üzrə elmi-tədqiqat işlərinin tətbiqi, patentlərin alınması sahəsində də irəliləyişlər olduğunu deyən akademik bildirib ki, hesabat ilində plan 3 iş tətbiq edilib və 2 patent alınıb. 

Son xəbərlər

Orphus sistemi