Bakı məktəblərində hansı fənnin müəllimləri daha çox iş yerini dəyişmək istəyir?

Bakı məktəblərində hansı fənnin müəllimləri daha çox iş yerini dəyişmək istəyir? Müsabiqəyə çıxarılmış 3 091 vakant yerdən 563-ü Bakının payına düşür
Elm və təhsil
4 İyun , 2016 14:57
Bakı məktəblərində hansı fənnin müəllimləri daha çox iş yerini dəyişmək istəyir?

Bakı. 4 iyun. REPORT.AZ/ 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə çıxarılmış 3 091 vakant yerdən Bakının payına düşən 563 boş yerin ən çoxu ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.

“Report”un xəbərinə görə, Bakı üçün ayrılan vakant yerdən 147-si məhz ibtidai sinfə məxsusdur. 

Bundan başqa, müsabiqəyə təqdim olunan vakansiyaların sayında ikinci yeri fiziki tərbiyə tutub. Belə ki, həmin sahədə çalışan müəllimlər üçün 69 boş yer var.

Fizika fənni üçün 19, İnformatika 11, Biologiya 10, Kimya 9, Azərbaycan dili və ədəbiyyat 8, Riyaziyyat üçün isə cəmi 7 vakansiya ayrılıb.

Xatırladaq ki, Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna iyunun 1-dən başlanıb və 12-dək davam edəcək.

Bu ildən etibarən seçilmiş vakant yerlərdən imtina hallarınının aradan qaldırılması və tutulmayan vakansiyaların sayının azaldılması məqsədilə vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib.

Son xəbərlər

Orphus sistemi