​Gürcüstanda yaşayan azərbaycanlı gənclər “Kiber olimpiada-2016”da iştirak ediblər

​Gürcüstanda yaşayan azərbaycanlı gənclər “Kiber olimpiada-2016”da iştirak ediblər Yarışmada 150 gənc 50 komandada bilik və bacarığını nümayiş etdirib
Elm və təhsil
26 Aprel , 2016 17:37
​Gürcüstanda yaşayan azərbaycanlı gənclər “Kiber olimpiada-2016”da iştirak ediblər

Tbilisi. 26 aprel. REPORT.AZ/ Gürcüstan hökuməti yeniyetmə və gənclər arasında kibertexnologiyalara aid olimpiada keçirib. “Kiber olimpiada-2016” adlı layihədə azərbaycanlı gənclər də fəal iştirak ediblər.

Yarışmada 150 gənc 50 komandada bilik və bacarığını nümayiş etdirib.

Gürcüstanın Ədliyyə Nazirliyinin əməkdaşı, AGENCY layihəsinin əlaqələndiricisi Mamuka Kaxniaşvili "Report"a bildirib ki, hökumət dünyada kibercinayətkarlığın genişləndiyini, kibertexnologiyaların inkişafını, eləcə də yeniyetmə və gənclərin bu sahəyə marağının artdığını nəzərə alaraq xüsusi layihə hazırlayıb: "Mövzunun aktuallığını nəzərə alan Gürcüstanın Ədliyyə Nazirliyi Cənubi Qafqaz və Türkiyənin müvafiq strukturlarına müraciət edəcək. Məqsəd bu ölkələrin də gənclərini maarifləndirmək, kibertexnologiyalara xüsusi maraq göstərən gənclərin bilik və bacarıqlarını artırmağa nail olmaq, eyni zamanda bu sahədə birgə əməkdaşlığı daha da gücləndirməkdir".

“Gürcüstan hökuməti Azərbaycan ilə kibertexnologiyalar sahəsində sıx əməkdaşlıq edir və əlaqələrin daha da genişlənməsində maraqlıdır. Biz gənclərin kibertexnologiyalara marağını artırmaq üçün azərbaycanlı və gürcü gənclərin iştirakı ilə birgə tədbirlərin, yarışların və treninqlərin keçirilməsi ilə bağlı layihə hazırlayırıq. Düşünürük ki, Azərbaycan tərəfi də bunda maraqlı olacaq və layihəni uğurla reallaşdıracağıq. Azərbaycanın Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumları kibercinayətkarlığa qarşı mübarizədə digər qonşu ölkələrdən daha fəaldırlar. İnanırıq ki, Azərbaycan tərəfdən gənclərin bu sahəyə marağının və onların bilik və bacarıqlarının artırılmasına da müsbət cavab alacağıq”, - deyə Mamuka Kaxniaşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi