Nizami Cəfərov: "Günümüzdə ən çox dilin pozulması halları, məhz mətbuatda qeydə alınır"

Nizami Cəfərov: "Günümüzdə ən çox dilin pozulması halları, məhz mətbuatda qeydə alınır" "Dillə məşğul olmayan bir nəfər ziyalı belə təsəvvür etmək mümkün deyil"
Elm və təhsil
17 Fevral , 2016 12:19
Nizami Cəfərov: Günümüzdə ən çox dilin pozulması halları, məhz mətbuatda qeydə alınır

Bakı. 17 fevral. REPORT.AZ/ "Bu gün dilimiz ən çox mətbuatda inkişaf edir. Nə elmi, nə də bədii üslub bizim dilimizə heç nə vermir. Biz müasir yazıçılarımızdan misallar gətirə bilmirik". "Report" xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunda "Ana dili günü"nə həsr olunan konfransda deputat Nizami Cəfərov deyib.

O bildirib ki, mətbuat nə qədər inkişaf etsə də, günümüzdə ən çox dilin pozulması halları, məhz mətbuatda qeydə alınır: "Kütləvi İnformasiya Vasitələri xalqın dilindən danışır. Dil üçün savadlılıq, savadsızlıq alternativi yoxdur. Alim, yazıçı dildə heç vaxt səhv etməz. Amma ictimai publisistik dil fərqlidir, mətbuat dilinə daha çox diqqət yetirməliyik, çünki burada bir çox istiqamətlər birləşir". 

Nizami Cəfərov bildirib ki, dil xalqın ruhudur: "Müstəqilliyi olmayan xalqın dili həmişə bərbaddır. Dillə məşğul olmayan bir nəfər ziyalı belə təsəvvür etmək mümkün deyil".

Son xəbərlər

Orphus sistemi