Gənclər üçün Təhsil Mərkəzi "QHT Məktəbi"nə qəbul elan edib

Gənclər üçün Təhsil Mərkəzi "QHT Məktəbi"nə qəbul elan edib Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək
Elm və təhsil
6 Noyabr , 2015 12:52
Gənclər üçün Təhsil Mərkəzi QHT Məktəbinə qəbul elan edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq çərçivəsində “QHT Məktəbi” növbəti qış proqramına qəbul elan edib.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Bu günədək 1365-ə yaxın məzunu olan məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarə edilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi