Gənclər təşkilatı Ukraynadakı beynəlxalq tədbirdə təmsil olunub

Gənclər təşkilatı Ukraynadakı beynəlxalq tədbirdə təmsil olunub Beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi təmsil edib
Elm və təhsil
27 İyul , 2015 14:01
Gənclər təşkilatı Ukraynadakı beynəlxalq tədbirdə təmsil olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində gənclərlə iş sahəsində çalışan liderlər üçün beynəlxalq təlim kursu keçirilib.

Beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Elnur Axundov təmsil edib.

Mərkəzdən “Report”a verilən məlumata görə, təlimdə Azərbaycanla yanaşı Macarıstan, Almaniya, Moldova, Ukrayna, Polşa, Belarusiya, Gürcüstan və digər ölkələrin gənc liderləri iştirak ediblər.

Təlimdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilmiş, fikir mübadilələri aparılıb.

Tədbir müddətində iştirakçılar üçün Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Mərkəzin üzvü Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında iştirakçı dövlətlərin təmsilçilərinə məlumatlar verib, Azərbaycan haqqında hazırlanmış video çarxı, mədəni irs toplusu əhatə edilən slaydları, milli mətbəxin yeməklərini nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi