Gələn ildən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modelinə dəyişiklik ediləcək

Gələn ildən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modelinə dəyişiklik ediləcək Buraxılış və qəbul imtahanlarının yeni modelləri hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq
Elm və təhsil
24 İyun , 2015 14:29
Gələn ildən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modelinə dəyişiklik ediləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Kollegiyasının növbəti iclası keçirilib. TQDK-dan "Report"a verilən xəbərə görə, iclasda 2014/2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib.

Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. Belə ki, 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.

Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Belə ki, “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.

İclasda, həmçinin buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi