​Gələn həftə Bakıda Seçenov adına MDTU-nun filialı açılacaq

​Gələn həftə Bakıda Seçenov adına MDTU-nun filialı açılacaq Bununla əlaqədar, Rusiyadan Bakıya rəsmi nümayəndə heyəti gələcək
Elm və təhsil
10 Sentyabr , 2015 13:31
​Gələn həftə Bakıda Seçenov adına MDTU-nun filialı açılacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Gələn həftənin əvvəlində Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) filialının açılışı olacaq.

"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Rusiyadan Bakıya rəsmi nümayəndə heyəti gələcək.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev həmin universitetin Bakıda filialının yaradılması haqqında sərəncam imzalayıb.

İ.M.Seçenov adına MDTU-nun filialı Azərbaycandakı Rusiya ali məktəblərinin ikinci filialı olacaq. Bakıda, həmçinin Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir.  

Son xəbərlər

Orphus sistemi