Gələcəkdə monitorinq imtahanlarının tapşırıqları buraxılış imtahanlarında olacaq

Gələcəkdə monitorinq imtahanlarının tapşırıqları buraxılış imtahanlarında olacaq "Buraxılış imtahanlarında 100 min şagird iştirak edəcək"
Elm və təhsil
6 Fevral , 2015 16:11
Gələcəkdə monitorinq imtahanlarının tapşırıqları buraxılış imtahanlarında olacaq

Bakı. 6 fevral. REPORT.AZ/ "Gələcəkdə keçirilməsi nəzərdə tutulan monitorinq imtahanlarının tapşırıqlarının buraxılış imtahanlarında 100 min şagird iştirak edəcək. Onların nəticələrini yoxlamaq üçün də 10 min müəllimə ehtiyac olacaq. Hazırda isə bizdə 910 nəfər müəllim var". 

"Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan maklerlərlə keçirilən görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün kurikulum artıq VII sinifdə tətbiq edilir və onlar iki ildən sonra IX sinifdə buraxılış imtahanlarına qatılacaqlar: "Son iki il ərzində işlərdə iştirak etmək üçün 5740 nəfər müəllim dəvət edilib. Onlardan 910 nəfəri kalibrləmə (seçim) mərhələsini uğurla keçib. Bu gün keçirilən görüşdə Bakıdan “Azərbaycan dili” fənni üzrə 195 müəllim, “Riyaziyyat” fənni üzrə 118 müəllim, “Rus dili” fənni üzrə 24 nəfər müəllim iştirak edir. Digər markerlər isə regionların payına düşür. Belə ki, müəllimlərin 87-si Naxçıvandan, 82-si Gəncədə, 101-i Şəki, 39-u Lənkəran, 53-ü Şirvandan olan müəllimlər təşkil edib".

Son xəbərlər

Orphus sistemi