Fransanın Azərbaycandakı səfiri ADU-da olub

Fransanın Azərbaycandakı səfiri ADU-da olub Səfir Paskal Monye universitetdə fransız dilinin tədris olunmasını yüksək qiymətləndirib
Elm və təhsil
24 Dekabr , 2014 20:24
Fransanın Azərbaycandakı səfiri ADU-da olub

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı Səməd Seyidov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, S.Seyidov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışaraq bir çox ali təhsil müəssisələri, o cümlədən Fransanın Strasburq Universiteti ilə əməkdaşlıq etdiklərini bildirib. O, universitetdə fransız dilinin yüksək səviyyədə tədris olunduğunu deyərək, tələbələrin bu dilə böyük maraq göstərdiyini söyləyib. S.Seyidov universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və müəllim-tələbə mübadiləsinin vacibliyini də vurğulayıb.

P.Mönye isə öz növbəsində ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Səfir universitetdə fransız dilinin tədris olunmasını yüksək qiymətləndirib. O, fransız dilinin tədrisi nəticəsində ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi