Filologiya ixtisası üzrə fəlsəfə doktoru olmaq istəyənlərin 85,5 faizi qadınlardır

Filologiya ixtisası üzrə fəlsəfə doktoru olmaq istəyənlərin 85,5 faizi qadınlardır İqtisadi sahə üzrə təhsil alanların isə 66,6 faizi kişilərdir
Elm və təhsil
26 Noyabr , 2015 17:32
Filologiya ixtisası üzrə fəlsəfə doktoru olmaq istəyənlərin 85,5 faizi qadınlardır

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu il fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 692 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), 1 007 nəfəri Təhsil Nazirliyinin, 69 nəfəri Səhiyyə Nazirliyinin, 164 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə təhsillərini davam etdirirlər.

"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, filologiya ixtisası üzrə təhsil alanların 85,5 faizini qadınlar təşkil edir. İqtisadi sahə üzrə təhsil alanların isə 66,6 faizi kişilərdir.

Elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 194 nəfəri Təhsil Nazirliyində, 95-i Kənd Təsərrüfatı Nazirliyində, 13 nəfəri İqtisadiyyat və Sənaye Nazirliyində, 175 nəfəri isə AMEA-da təhsillərini davam etdirir.

Doktorluq proqramında memarlıq, fəlsəfə, psixologiya ixtisasları üzrə təhsil alanların hamısı qadınlardır. Filologiya ixtisası üzrə təhsil alnların 71 faizi qadınlar, fizika-riyaziyyat ixtisası üzrə təhsil alanların isə 70 faizi kişilərdir. 

Son xəbərlər

Orphus sistemi