Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb
Elm və təhsil
10 Fevral , 2016 09:59
Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

"Report" xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilməli, plana müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi