Təhsil Nazirliyi fənn olimpiadalarının birinci mərhələsinin nəticələrini açıqlayıb

Təhsil Nazirliyi fənn olimpiadalarının birinci mərhələsinin nəticələrini açıqlayıb Yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb
Elm və təhsil
27 Yanvar , 2016 16:14
Təhsil Nazirliyi fənn olimpiadalarının birinci mərhələsinin nəticələrini açıqlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyinin ölkənin bütün şəhər və rayonlarında keçirdiyi Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 4 000 nəfərə yaxın şagird iştirak edib.

Məlumata görə, yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb.

Olimpiadanın növbəti mərhələsi martın ikinci ongünlüyündə keçiriləcək. Bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında XI sinif şagırdləri üstünlük təşkil edir.

Qeyd edək ki, yanvarın 17-də riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 27 500-dən çox şagird iştirak edib.

Son xəbərlər

Orphus sistemi