Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. "Report" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Vakant yer Müasir fəlsəfə problemləri şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 1 yerdir. Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.