Bakı. 25 may. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (
Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Bu münasibətlə BDU-da tədbir keçirilib.
Universitetin rektoru Abel Məhərrəmov təhsilin və elmin inkişafında, müasir dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olan José Gratsiano da Silvanın bütün dünyada, o cümlədən Azərbaycanda yaxşı tanınan böyük şəxsiyyət, görkəmli siyasətçi olduğunu bildirib. Rektor qeyd edib ki, 1949-cu ilin noyabrında Braziliyada anadan olan Jose Gratsiano da Silva bir müddət Braziliyanın Campinas Dövlət Universitetində dərs deyib və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik edib. O, 30 ildən artıq bir müddətdə ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışıb. 2001-ci ildə Braziliyanın "Sıfır Aclıq" (Fome Zero) proqramını hazırlayan komandaya rəhbərlik edib. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olub. Gratsiano da Silva 26 iyun 2011-ci ildə Təşkilatın 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransında FAO-nun Baş direktoru seçilib və 2012-ci ildə Baş Direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik edib. Bu islahatlar FAO-nun fəaliyyətini özünün institusional potensialının güclənməsinə, mülki cəmiyyətlə, özəl sektorla və elmi müəssisələrlə əməkdaşlıq əlaqələrin möhkəmlənməsinə yönəlməsi və pul vəsaitinə ən yaxşı dəyər verilməsi ilə nəticələnib.
Sonra rektor qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tələbələrin uğur və nailiyyətləri barədə məlumat verib.
Rektor fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib. Jose Qratsiano da Silva çıxış edərək Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib və bu ada layiq görüldüyü üçün universitetin Elmi Şurasına və rəhbərliyə öz təşəkkürünü bildirib.
Sonda ali qonaq tələbə və müəllimlərin suallarını cavablandırıb.