Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib

Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Elm və təhsil
14 Dekabr , 2015 14:49
Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əziz Əliyevin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib.

 Cəmil Əliyev 1975-ci il yanvarın 16-da Bakı şəhərində anadan olub. Bakıdakı 134 saylı orta məktəbi bitirib.

1992-1999-cu illərdə Nyu-York Universitetində təhsil alıb. 1999-2002-ci illərdə ABŞ-ın Pittsburg Tibb Universitetində rezidenturada oxuyub. 

Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.

Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib.

2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında "Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər" («Гормоны и молекулярно-биологические маркеры при раке и предопухолевых процессах слизистой оболочки полости рта») mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.

O, 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.

2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışıb. Eyni zamanda 2013-cü ildən Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində əvəzçilik üzrə fəaliyyət göstərir.

Evlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi